Lənkəran sakini dənizdə boğulub. Bu barədə APA-nın cənub bürosuna Lənkəran Rayon Təcili və Təxirəsalınmaz Yardım Stansiyasından məlumat verilib. Məlumata görə, Lənkəran şəhərinin Üzeyir Hacıbəyov küçəsi, 25 ünvanında yaşayan 1991-ci il təvəllüdlü Cavid Qabil oğlu Hüseynovun cəsədi iyulun 1-də saat 19.25 radələrində Xəzər dənizinin sahilində - rayonun Kələdəhnə ərazisində aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.
Hazırda C.Hüseynovun boğulması şəraiti ilə əlaqədar Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.