Bu gün saat 14:00 radələrində Səbail rayonunda “Alov qüllələri” adlanan binalarda bədbəxt hadisə baş verib.
Lent.az-ın verdiyi məlumata görə, orada fəhlə işləyən Sabirabad rayon sakini, 21 yaşlı Nurəli Məmmədov liftin şaxtasına yıxılaraq həyatını itirib.
Səbail Rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. Nurəli Məmmədovun cəsədi Sabirabada aparılıb.