Bir neçə gün əvvəl Sumqayıt şəhərində törədilmiş müəmmalı qətl hadisəsinin üstü açılıb. Şəhər Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Şabran rayon sakini, 20 yaşlı Samir Məmmədovu bıçaqla qətlə yetirib hadisə yerindən qaçan şəxslər müəyyən edilib.
Hadisəni törədən 27 yaşlı Nəriman Həmzəyev, 24 yaşlı Razim Xanışov və onun qardaşı Nazim Xanışov tutularaq istintaqa təhvil verilib.
Faktla əlaqədar başlanmış cinayət işinin istintaqı davam etdirilir.