1 yaşlı uşağın üzərinə qaynar su dağıldı
Abşeron rayonunun Ceyranbatan qəsəbəsində 1 yaşlı uşağın üzərinə qaynar su dağılıb.
ONA-nın yerli bürosunun məlumatına görə, 2018-ci il təvəllüdlü Əsgərov Amil Hamlet oğlu yaşadığı evdə qaynar suyun dağılması nəticəsində yanıq xəsarətləri alıb.
Nəticədə 1-ci və 2-ci dərəcəli termiki yanıq xəsarətləri alan A.Rəcəbov xəstəxanaya yerləşdirilib.
Hazırda körpənin vəziyyəti orta ağır kimi qiymətləndirilir.
659