Martın 19-da axşam saatlarında Kürdəmir rayonunda intihar hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Karrar kənd sakini, 18 yaşlı Hüseynova Aytən Yaşar qızı özünü həyətdəki tikilidə asıb. Məlumata görə, 18 yaşlı qızı kənddə yaşayan bir oğlan sevirmiş. Amma qızın ailəsi onu sevdiyi oğlana verməyib. O da bu səbəbdən özünə qəsd edib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.