Bu barədə APA-nın Mil-Muğan bürosuna Salyan pois şöbəsindən verilən məlumata görə, əslən Lənkəran rayonunun Haftoni kəndindən olan, hazırda isə Salyan rayonunun Qırxçıraq kəndinə məskunlaşaraq çobanlıq edən 17 yaşlı Fazil Fərhad oğlu Məmmədov tanışını ov tüfəngi ilə güllələyib.
Hadisə aprelin 3-də axşam saatlarında baş verib. Salyan rayon polis şöbəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində məlum olub ki, Dağüstü kəndinin çölündə qoyun otararkən Həsənli kənd sakini 1992-ci il təvəllüdlü Cəfərov Səfa Şirinbəy oğlu tanışı 1997-ci il təvəllüdlü Məmmədov Fazil Fərhad oğlu ilə telefon danışığı zamanı aralarında yaranan mübahisə zəminində bir-birini söyüşlərlə təhqir ediblər.
Nəticədə Fazil Məmmədov babasından qalmış ov tüfəngini və 2 güllə götürərək çölə gəlib və Fazil Məmmədova ov tüfəngindən bir dəfə atəş açmaqla sağ baldırından yaralayıb. Cəfərov Səfa əvvəlcə Salyan rayon xəstəxanasına, daha sonra Sumqayıt şəhər xəstəxanasına yerləşdirlilib.
Faktla bağlı Salyan polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.