16 yaşlı yeniyetməni avtomobil vurub
11 iyul 2019 01:38 (UTC +04:00)

16 yaşlı yeniyetməni avtomobil vurub

 
 
Xəzər rayonunun Zirə qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol hadisəsi baş verib. 
 
Lent.az xəbər verir ki, minik avtomobili yolu keçmək istəyən piyada, 2003-cü il təvəllüdlü Pirkina Sevinc Əlihüseyn qızını vurub. 
 
Hadisəni törədən sürücü yaralını xəstəxanaya aparıb. Ona başın təpə nahiyəsinin əzilməsi diaqnozu qoyulub. 
 
Faktla bağlı araşdırma aparılır.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 523
avatar

Oxşar yazılar