Yanvarın 28-də Azərbaycan yollarında 16 yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, baş vermiş hadisələr nəticəsində 21 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Daha bir nəfər isə dünyasını dəyişib.
Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi Şamaxı rayonunda baş verib. Sürücünün idarəetməsindən çıxan “VAZ 2107”-nin hasara çırpılması nəticəsində 1 nəfər ölüb.
Baş vermiş hər bir fakt üzrə araşdırmalar aparılır, müvafiq ekspertizalar təyin edilib.