Gömrükdə 16 ədəd qanunsuz telefon aşkar olunub
23 sentyabr 2016 10:23 (UTC +04:00)

Gömrükdə 16 ədəd qanunsuz telefon aşkar olunub

0

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Gürcüstan Respublikası istiqamətindən İdarənin “Sınıq Körpü” gömrük postunun ərazisinə daxil olan minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib. Lent.az Gömrük Komitəsinə istinadən xəbər verir ki, yoxlama zamanı Azərbaycan vətəndaşının idarə etdiyi həmin avtomobilin oturacaqlarının üzərindəki geyim əşyalarının ciblərindən əvvəlcədən gömrük orqanına bəyan olunmayan və gömrük nəzarətindən gizlədilən, üzərində “İ Phone” yazısı olan16 ədəd mobil telefon, 11 ədəd mobil telefon qutusu, 11 ədəd adapter və 11 ədəd qulaqcıq aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 327

Oxşar yazılar