Ötən il Azərbaycanda 38 saxta diplom aşkarlanaraq, toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu istiqamətdə həmin qurumla birgə müvafiq tədbirlər davam etdirilir. Məlumata görə, 2011-ci ildə başlayan tibb işçilərinin sertifikasiyası ilə əlaqədar Səhiyyə Nazirliyi tərəfindən səhiyyə müəssisələrində çalışan tibb işçilərinin təhsil haqqında diplomlarının araşdırılması nəticəsində ümumilikdə 142 saxta diplom aşkarlanıb.
Qeyd olunub ki, Səhiyyə Nazirliyinin “Qaynar xətt” əlaqə mərkəzinə neqativ hallarla bağlı daxil olmuş 690 məlumat araşdırılıb.