Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində quldurluqda şübhəli bilinən Bakı şəhər sakini 1993-cü il təvəllüdlü Orxan Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə O.Dadaşov 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Qeyd edək ki, Orxan Dadaşov bu ilin iyun 9-da Xocalı prospekti 1167 ünvanında yerləşən Elçin Mehdiyevin məxsus Şəkərim adlı mağazaya quldurluq niyyəti ilə girib. Həmin vaxt mağazada satıcı işləyən Murad Nağıyevi bıçaqla hədələyərək mağazadan 100 manat pul götürərək hadisə yerindən qaçıb. Orxan Dadaşov Cinayət Məcəlləsinin 181.2.5 maddəsi ilə ittiham olunub