“Tərtər işi” ilə bağlı vaxtında istintaq aparılıb.
Bunu Hərbi Prokuror Xanlar Vəliyev jurnalistlərə açıqlamaslnda deyib.
O bildirib ki, istintaqla bağlı müəyyən işlər görülüb: “Sonra bu işlə istintaq dayandırıldı. Hazırda Baş Prokurorluq tərəfindən istintaq təzələnib və onlar bu cinayət işi ilə bağlı məşğuldur”.
Xanlar Vəliyev bildirib ki, hər il 98, 99 faiz hərbi cinayətin üstü açılıb: “Ölüm hadisələri ilə bağlı baş verən cinayətlərin açılması faizi 100-dür. Tapşırıq vermişəm ki, hər bir ölüm halı ilə bağlı dərhal cinayət işi başlanılmalıdır”. /APA