Bərdədə Yuxarı Qarabağ kanalında batan 20 yaşlı oğlanın meyiti tapılıb.
Lent.az xəbər verir ki, ötən gün gecə saatlarında 2003-cü il təvəllüdlü Eyvazov Kamran Müzəffər oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
25 iyul, saat 12:15
Xəbər verildiyi kimi, iyulun 24-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Mirzalıbəyli kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
FHN-dən Lent.az-a verilən məlumata görə, dərhal hadisə yerinə cəlb edilən nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Aran” dalğıc-axtarış qrupu kanalda batması ehtimal edilən 2003-cü il təvəllüdlü Eyvazov Kamran Müzəffər oğlunun axtarışlarına başlayıblar.
Havanın küləkli və kanalda su axınının sürətinin yüksək olmasına baxmayaraq, hazırda vətəndaşın batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirləri davam etdirilir.
***
saat 10:10
Vətən müharibəsi iştirakçısı, 2002-ci il təvəllüdlü Kamran Eyvazov su kanalında batıb.
Hadisə Qarabağ kanalının Bərdə rayonunun Mirzalıbəyli kəndindən keçən hissəsində baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Axtarışlar davam etdirilir.