Vəkili məhkəmədə döydülər - BAKIDA
05 dekabr 2025 00:11 (UTC +04:00)

Vəkili məhkəmədə döydülər - BAKIDA

0

Vəkillər Kollegiyasının üzvü Elçin Əhmədov hücuma məruz qalıb.

Lent.az xəbər verir ki, hadisə Xətai Rayon Məhkəməsində, onun vəkil kimi iştirak etdiyi cinayət işində qarşı tərəfi təmsil edən şəxs tərəfindən törədilib. Nəticədə, Elçin Əhmədov xəsarət alıb.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov məsələyə münasibət bildirib. O bu barədə öz sosial media hesabında paylaşım edərək vəkilə dəstəyini ifadə edib:

"Hörmətli vəkilimiz Elçin Əhmədovla danışdım, hadisənin təfərrüatı barədə ətraflı məlumat aldım. Hazırda məsələ DİN tərəfindən araşdırılır. Vəkilə qarşı qanunsuz hərəkətlərə yol vermiş şəxslərin qanun çərçivəsində məsuliyyətə cəlb olunması qaçılmazdır. Məsələni şəxsi nəzarətimdə saxlayacağam", - deyə o vurğulayıb.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, dekabrın 4-də paytaxtın Xətai rayonunda baş verən insidentlə bağlı polisə müraciət daxil olub. Müraciət əsasında ərazi polis şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq hüquqi tədbir görüləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 136

Oxşar yazılar