Ruben Vardanyana ömürlük həbs  tələb edildi
18 dekabr 2025 13:21 (UTC +04:00)

Ruben Vardanyana ömürlük həbs tələb edildi

0

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 18-də davam etdirilib.

Lent.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə iclasında dövlət ittihamını müdafiə edən prokuror çıxış edib.

Prokuror çıxışında Ruben Vardanyanın ömürlük azadlıqdan məhrum edilməsini təklif edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 842

Oxşar yazılar