Ət özü-özlüyündə dadlı və doyumlu məhsuldur, lakin yaxşı hazırlanmış sous onun dad keyfiyyətlərini daha da artırır. Ətin sousla təqdim olunmasının çoxlu müxtəlif variantları mövcuddur.
Lent.az bu sous reseptini təqdim edir:
Ət üçün orijinal sous necə hazırlanır?
Lazım olan ərzaqlar
1 stəkan təbii tomat pastası
təxminən 150 millilitr adi su
yarım dəstə keşniş
5 diş sarımsaq
1 xörək qaşığı şəkər
duz, ədviyyatlar (paprika, üyüdülmüş qara istiot)
Hazırlanma qaydası
İlk olaraq tomat pastasını su ilə qarışdırmaq lazımdır. Mayenin miqdarı tomat pastasının qatılığından asılı olaraq dəyişə bilər. Alınan kütlə xama konsistensiyasına bənzəməlidir. Hazırlanmış qarışığı tavaya tökürük və ocağa qoyuruq. Daim qarışdırmağa çalışırıq.
Qaynamağa başlayan kimi ocaqdan götürürük və kütlənin soyumasını gözləyirik. Soyumuş qarışığı blenderə tökürük. Üzərinə xırda doğranmış keşniş və sarımsaq əlavə edirik, duz, şəkər, qara istiot və paprika qatırıq. Tam homogen kütlə alınana qədər blenderdən keçiririk.
Nuş olsun!