Cəsəd parçalarını  bəzək əşyası kimi satırmış - DƏHŞƏTLİ CİNAYƏT
18 dekabr 2025 13:00 (UTC +04:00)

Cəsəd parçalarını bəzək əşyası kimi satırmış - DƏHŞƏTLİ CİNAYƏT

0

Harvard Tibb Fakültəsinin meyitxanasında baş verən qalmaqalla bağlı məhkəmə qərarı açıqlanıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, meyitxananın keçmiş rəhbəri Sedrik Lodj, bağışlanan kadavralara aid bədən hissələrini oğurlayaraq müxtəlif bölgələrə göndərməsi və bu hissələri “bəzək əşyası kimi” satması səbəbilə 8 il həbs cəzasına məhkum edilib. 

Prokurorların bildirdiyinə görə, 58 yaşlı Sedrik Lodj qurduğu qanunsuz şəbəkə vasitəsilə beyin, dəri, əl və üz kimi insan bədən hissələrini Pensilvaniya və digər bölgələrdəki alıcılara göndərib.

Lodge-un həyat yoldaşı Denise Lodj isə bu cinayətlərdə ərinə yardım etdiyi üçün bir qədər artıq həbs cəzası alıb. Cütlük Pensilvaniyadakı federal məhkəmədə mühakimə olunub və bu hadisə tibb ictimaiyyətində ciddi rezonans doğurub.

İnsan dərisindən kitab üzlüyü

Prokuror köməkçisi Alisan Martin tərəfindən məhkəməyə təqdim edilən sənədlərdə hadisənin daha şokedici detalları yer alıb. Sənədlərdə Sedrik Lodjun bir alıcıya kitab üzlüyü hazırlanması üçün emal edilmiş insan dərisi verdiyi qeyd olunub. Digər bir halda isə Lodj cütlüyünün bir kişinin üzünü satdığı bildirilib.

Prokuror Martin vurğulayıb ki, Lodj 2018–2020-ci illər arasında insan bədən hissələrinə satış məqsədli biblolar kimi yanaşıb və bu yolla minlərlə dollar qazanc əldə edib. 28 il morq müdiri vəzifəsində çalışan Lodj məhkəmədə peşman olduğunu bildirib.

Harvard Tibb Fakültəsinə bağışlanan kadavralar normalda elmi tədqiqat və ya tədris məqsədləri başa çatdıqdan sonra ailələrinə təhvil verilir və ya kremasiya olunur. Lodj isə cəsədlər yandırılmadan əvvəl bədən hissələrini çıxardığını etiraf edib. Qalmaqalın üzə çıxmasından sonra Harvard rəhbərliyi kadavra ianə proqramını 5 ay müddətinə dayandırıb. İstintaq çərçivəsində,

Arkanzasdakı bir krematorium əməkdaşı da daxil olmaqla ən azı 6 nəfərin günahını etiraf etdiyi bildirilib. Lodjun vəkili Patrick Kasey müvəkkilinin davranışlarını “faciəvi” adlandıraraq, onun həm həyatını itirən şəxslərə, həm də yas içində olan ailələrə vurduğu zərərin fərqində olduğunu deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 278

Oxşar yazılar