Bir ildə dünyada 67 media işçisi  öldürülüb
09 dekabr 2025 16:37 (UTC +04:00)

Bir ildə dünyada 67 media işçisi öldürülüb

0

Qəzzada son bir ildə ən çox jurnalist öldürülüb – 43 faiz. Meksika doqquz media işçisinin öldürüldüyü dünyanın ikinci ən təhlükəli ölkəsi olaraq qalır.

Sərhədsiz Reportyorlar (RSF) təşkilatının dekabrın 9-da dərc etdiyi illik mətbuat azadlığı hesabatına görə, 1 dekabr 2024-cü il dekabrın 1-dən 2025-ci il dekabrın 1-i arasında öldürülən 67 media işçisindən ən azı 53-ü müharibələrin və ya cinayətkar şəbəkələrin qurbanı kimi qeydə alınıb.

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, qeyd olunur ki, son bir ildə ən çox jurnalist Qəzzada öldürülüb – 43 faiz. Meksika dünyanın ikinci ən təhlükəli ölkəsi olaraq qalır və burada doqquz media işçisi öldürülüb.

"Media işçilərinin ölüm sayının yüksək olması dəhşətlidir. Bu, ordular, milislər və cinayətkar şəbəkələr tərəfindən törədilən sistematik zorakılığın nəticəsidir... Artıq bu zorakılığa dözə bilmərik və dünya hökumətlərini siyasətlərini yenidən nəzərdən keçirməyə və tədbir görməyə çağırmalıyıq. Tənqidi materiallar yazanlar azadlıqları və ya hətta həyatları üçün qorxduqda, dünya miqyasında demokratiya təhlükədədir", - RSF-in icraçı direktoru Anya Osterhaus bildirib.

Hazırda 62 ölkədə 503 jurnalist həbsdədir. 2025-ci il dekabrın 1-nə olan məlumata görə, dünyada 37 ölkədə 135 jurnalist itkin düşmüş kimi qeydə alınıb - bəziləri otuz ildən çoxdur. Media mütəxəssislərinin əksəriyyəti hələ də Çində (121), Rusiyada (48) və Myanmada (47) həbsdədir.

"Sərhədsiz Reportyorlar" təşkilatının məlumatına görə, Suriya taleyi məlum olmayan ən çox media işçisinin olduğu ölkədir: dünya üzrə itkin düşmüş jurnalistlərin dörddə birindən çoxunun orada itkin düşdüyü bildirilir. Onlar Əsəd rejimi dövründə həbsxanada saxlanılıblar, lakin inqilabdan və həbsxanaların açılmasından sonra tapılmayıblar. Ümumilikdə, itkin düşmüş jurnalistlərin 75 faizi Yaxın Şərq və Latın Amerikasındandır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 150

Oxşar yazılar