Qubada sərnişin avtobusu ana və övladını vurub.
Lent.az APA-ya istinadla bildirir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.
Quba-Xaçmaz marşrutu ilə hərəkət edən avtobus 27 yaşlı İsrafilova Əminə Sahib qızını və onun azyaşlı övladını vurub. Yaralılar Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qadını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.