Hindistanın Carxand ştatında üç gənc təhqirə görə kişinin başını kəsiblər.
Lent.az xarici mediaya istinadla bildirir ki, 56 yaşlı Karinath Luqunun başı kəsilmiş cəsədi dekabrın 16-da meşəlik ərazidə aşkarlanıb. Polisin versiyasına görə, o, kənd yarmarkasından evə qayıdarkən üç dost qarşısını kəsib.
Hadisə ilə əlaqədar 21 yaşlı Qomiya Xonhaqa, onun 25 yaşlı iki dostu Şripriyan Luqun və Polus Manki saxlanılıblar. Onların üzərindən qətldə istifadə edildiyi ehtimal olunan iki bıçaq götürülüb.
Yerli polis bölməsinin rəisi Vikrant Mundanın sözlərinə görə, Luqun bir neçə həftə əvvəl Qomiya Xonhaqanı hamının gözü qarşısında alçaldıb. O isə qisas almağa qərar verib və dostları ilə birlikdə qətli planlaşdıraraq həyata keçirib.
İstintaqın məlumatına əsasən, qətldən sonra cinayətkarlar meyiti torbaya qoyaraq meşəlik əraziyə aparıblar. Araşdırma davam etdirilir.