Əsgər ölümü ilə bağlı araşdırma başlayıb.
Bu barədə Lent.az-a Hərbi Prokurorluqdan məlumat verilib.
Məlumata əsasən, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Cəfərov Əli Vahab oğlu xəstəlikdən müalicə olunduğu Hospitalda dekabrın 15-də vəfat edib. Fakt əsasında Bakı hərbi prokurorluğunun əməkdaşları tərəfindən müvafiq istintaq hərəkətləri aparılıb, ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər prosessual tədbirlər icra edilib.
Faktla bağlı hazırda araşdırma davam etdirilir.
***
12:00
Azərbaycan Ordusunun əsgəri vəfat edib.
Lent.az “Unikal”a istinadən xəbər verir ki, 21 yaşlı Əli Vahab oğlu Cəfərovun pnevmoniyadan öldüyü bildirilir.
Mərhum ötən gün Gəncədə dəfn olunub.
Digər məlumata görə, o, Gəncə Dram Teatrının quruluşçu rəssamı Vahab Cəfərovun oğludur.
Ə.Cəfərov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kinorejissorluq” fakültəsindən məzun olduqdan sonra hərbi xidmətə yollanıbmış.