Valideynlərinin maşınını  qaçıran məktəbli  polisə tabe olmadı və...
29 sentyabr 2025 11:14 (UTC +04:00)

Valideynlərinin maşınını qaçıran məktəbli polisə tabe olmadı və...

0

ABŞ-da 12 yaşlı uşaq ailəsinin avtomobilini oğurlayaraq keçmiş məktəbinə gedib.
Patrul əməkdaşları avtomobili məktəbin həyətində görüb və onu saxlamağı tələb ediblər.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Sakramentodan olan yeniyetmə 110 kilometr sürətlə hərəkət edib.

Polis təqib edib və bir neçə dəqiqədən sonra qanun pozucusunu saxlayıb
.
Təqib zamanı məktəbli dayanmış avtomobili vuraraq patrul maşınına çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Zərbədən sonra avtomobil dayanıb və polis əməkdaşları sürücünü saxlayıb.

Yeniyetmə izah edib ki, keçmiş məktəbinə getmək istəyir. O, əsaslandırmasını ətraflı açıqlamayıb.

Oğlan Salramento dairəsinin yetkinlik yaşına çatmayanlar üzrə mərkəzinə aparılıb.

O, avtomobil oğurluğu, polis əməkdaşına hücum və qəza yerindən qaçmaqda ittiham olunur.

Yeniyetmə avtomobil oğrusunun valideynləri ittiham olunmayacaq.

Kaliforniya ştatında cinayət məsuliyyətinin minimum yaşı 12-dir.

Bununla belə, zərərçəkmişlər mülki iddia qaldırsalar, dəymiş ziyana görə maddi məsuliyyət daşıya bilərlər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 390

Oxşar yazılar