Türkiyədə yeni doğulan quzu görənləri heyrətə gətirib.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Tekirdağ şəhərinin Şarköy qəsəbəsində baş verib. olan 48 yaşlı Adnan Elmanın 20 qoyunundan biri əkiz quzu doğub. Quzulara baxan fermer gördüklərindən təəccüblənib. Belə ki, yeni doğulan quzulardan birinin üzü və tükləri ümumiyyətlə olmayıb.
Əraziyə gələn həkimin sözlərinə görə, belə doğulan heyvanlar çox yaşaya bilmir. Elə bu quzu da yarım saatdan sonra ölüb.
Həkim bildirib ki, buna səbəb hamiləlik vaxtı qoyuna verilən dərmanlar və qidalardır. Həmçinin genetik faktorlar da bu cür qeyri-adi doğuşlara gətirib çıxara bilər.