Bakının Nardaran qəsəbəsində bağ evi qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Sabunçu rayon Polis İdarəsi 42-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Nardaran qəsəbəsi Ləhiş bağlarında yerləşən yeni tikilməkdə olan evlərdən birindən oğurluq edən şəxslər saxlanılıblar. Əməliyyat zamanı paytaxt sakinləri Cavidan Namazov tanışları Tural Həşimoov və Nihat Əliyev tutulublar. Araşdırma zamanı onların həmin bağ evindən ümumilikdə 5 min manatlıq təmir-tikinti ləvazimatları, həmçinin digər əşyalar oğurladıqları məlum olub.
Qeyd edək ki, saxlanılan şəxslərdən biri Cavidan Namazov hadisə baş verən evdə usta işləyib. Onun təklifi ilə dəstə üzvləri həmin mənzildən oğurluq ediblər.
Faktla bağlı 42-ci Polis Bölməsində toplanan materiallar Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. Bu şəxslərin digər analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.