Perm diyarının Solikamsk şəhərindəki 9 saylı islah koloniyasında uşağa təcavüz etdiyinə görə cəza çəkən məhkumun meyiti tapılıb.
Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, meyit tapılana qədər məhbusun həyat yoldaşı, körpəsi və valideynləri onu görməyə gəlsələr də, onları koloniyaya buraxmayıblar. Ehtimal olunur ki, çatdırılma üçün göndərilən əşyaların içərisində qadağan olunmuş əşyalar aşkar edilib. Həmin şəxs polis əməkdaşları tərəfindən söhbətə çağırılıb, bundan sonra o, intihar edib. Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.
Onun uzun müddətə azadlıqdan məhrum edildiyi qeyd edilir.