Uşaq hamamda yanıb öldü
08 avqust 2024 12:50 (UTC +04:00)

Uşaq hamamda yanıb öldü

Rusiyanın Çelyabinsk vilayətində hamamda baş verən yanğında 13 yaşlı yeniyetmə ölüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Miass rayonunda Çernoreçenski açıq mədəninin sahilindəki hamamda baş verib.

Nəzarətsiz qalan 12-13 yaşlı üç uşaq hamamda çimiblər. Hamam yanıb və yalnız iki uşaq yanğından xilas ola bilib. Üçüncünün cəsədi Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən aşkar edilib.

Qeyd olunur ki, 32 kv.m sahədə yanğın 11 xilasedici və 3 ədəd texnika ilə söndürülüb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 738
avatar

Oxşar yazılar