Uşağın mədəsindən 2 litr köpük  çıxarıldı
02 noyabr 2023 15:39 (UTC +04:00)

Uşağın mədəsindən 2 litr köpük çıxarıldı

Saratov Regional Uşaq Klinik Xəstəxanasının həkimləri uşağın mədəsindən iki litr köpük çıxarıblar.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu barədə tibb müəssisəsinin "VKontakte" sosial şəbəkəsində dərc olunmuş paylaşımında deyilir.

Evdə tək qalan oğlan ağzına bütöv bir qab poliuretan köpük töküb. Uşağın qarın nahiyəsində şiddətli ağrılardan şikayət edən valideynlər həkimlərə müraciət ediblər.

Tədqiqat nəticəsində məlum olub ki, uşağın mədəsi yad maddə ilə doludur və bu, bağırsaq tıxanıqlığının və sepsisin inkişafına səbəb ola bilər. Cərrahlar uşağı əməliyyat edərək onun mədəsindən iki litr köpüyü çıxarıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3294
avatar

Oxşar yazılar