Ucarda 41 yaşlı piyada  yol qəzasında öldü
02 avqust 2023 22:25 (UTC +04:00)

Ucarda 41 yaşlı piyada yol qəzasında öldü

0

Ucarda piyadanı maşın vuraraq öldürüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Bərgüşad-Qazyan kənd yolunda qeydə alınıb.

"Ford" markalı avtomobil piyada, 1981-ci il təvəllüdlü Məhəmməd Ağamusa oğlu Rəşidovu vurub.

Ağır xəsarət alan zərərçəkəni sürücü Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq, M. Rəşidovun həyatını xilas etmək mümkün olmayıb.

O, xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2248

Oxşar yazılar