Rusiyanın Çelyabinsk vilayətində fərdi evdə başlayan yanğında üç uşaq yanaraq ölüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Çesmenski rayonunun Belovka kəndində baş verib. Məlumata görə, sərxoş ata uşaqlarını xilas edə bilməyib, alovlar içində binadan çıxıb. Uşaqların anası isə evdə olub.
Fövqəladə hadisə dekabrın 25-də axşam saatlarında fərdi evdə baş verib. 3, 5 və 7 yaşlı üç uşaq yanğın nəticəsində ölüb, ataları xəstəxanaya yerləşdirilməkdən imtina edib.
Fövqəladə Hallar Nazirliyinin rayon üzrə yaydığı məlumata görə, yanğına səbəb uzatma kabelinin nasazlığı olub. İstintaq orqanları Rusiya Federasiyası Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan ölümə səbəb olan maddəsi ilə iş açıb. Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin hadisə ilə bağlı hesabat tələb edib.