Üç qızı evdə ildırım vurub  öldürdü
06 may 2026 18:54 (UTC +04:00)

Üç qızı evdə ildırım vurub öldürdü

0

Uqandanın Kabale dairəsində üç qız ildırım vurması nəticəsində həlak olub.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, hadisə dünən saat 17 radələrində güclü yağış zamanı baş verib.

Məlumata görə, qurbanlar valideynləri evdə olmadığı müddətdə yağış şiddətlənərkən evlərinin mətbəxində sığınıblar.

Bildirilir ki, iki 13 yaşlı məktəbli qız və uşaq bağçasına gedən dörd yaşlı uşaq həlak olub.
İldırım evə düşüb və nəticədə qızlar dərhal ölüblər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 146

Oxşar yazılar