Fevralın 2-də saat 17 radələrində vətəndaşlar, 40 yaşlı Bəhruz İmanov, 29 yaşlı Azad Muxtarov və 37 yaşlı Rafis Məmişov “QAZ 53” markalı 11-BJ-263 dövlət nömrə nişanlı avtomobillə Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Yağlıvənd kəndi ərazisində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində B.İmanov həlak olub, A.Muxtarov və R.Məmişov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Füzuli rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, faktla bağlı Füzuli rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb.
Hazırda zəruri istintaq hərəkətləri həyata keçirilir.
***
17:39
Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndi ərazisində 3 nəfər mülki şəxs, kənar yoldan istifadə edərək işğaldan azad olunmuş əraziyə daxil olarkən minaya düşüb.
ANAMA-dan Lent.az-a verilən məlumata görə, minaya düşənlərdən 1-i yerində həlak olub, digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.