Türkiyə vətəndaşı TIR-la   piyadanı vurub öldürdü
16 mart 2024 01:32 (UTC +04:00)

Türkiyə vətəndaşı TIR-la piyadanı vurub öldürdü

0

Hacıqabulda yük maşını piyadanı vurub.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Padar kəndindən keçən hissəsində qeydə alınıb.

Türkiyə vətəndaşının idarə etdiyi beynəlxalq yükdaşımaları həyata keçirən (TIR) yük avtomobili yolu keçən piyadanı vuraraq öldürüb.

Ölən şəxsin kimliyi məlum deyil.

Onun meyiti müayinə olunmaq üçün Şirvan morquna yerləşdirlib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4090

Oxşar yazılar