Dekabrın 20-i saat 15 radələrində Yasamal rayonu, H.B.Zərdabi prospektində yerləşən çoxmərtəbəli yaşayış binasında fəhlə işləyən Türkiyə vətəndaşı Yusuf Yıldızın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Yasamal rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən edilib ki, Yusuf Yıldız binanın 2-ci mərtəbəsində aparılan təmir-tikinti işləri zamanı yıxılıb və nəticədə aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.