Tur paketləri adı ilə vətəndaşları aldadan qadın həbs edildi -VİDEO
10 avqust 2023 09:30 (UTC +04:00)

Tur paketləri adı ilə vətəndaşları aldadan qadın həbs edildi -VİDEO

Özünü aviaşirkət əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb.

Lent.az xəbər verir ki, Daxili İşlər Nazirliyinə naməlum şəxsin çoxsaylı vətəndaşları xarici ölkələrə dəyərindən qat-qat aşağı qiymətə aviabilet və tur paketlərin satışını təşkil edəcəyi adı altında aldadaraq onların pul vəsaitlərini ələ keçirdiyi barədə məlumatlar daxil olub.

Keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində müəyyən olunub ki, qeyd edilən qanunsuz əməl Bakı şəhər sakini Zeynalova Mələk Nazim qızı tərəfindən törədilib.

Dələduzluqda şübhəli bilinən həmin şəxsin yeri müəyyən edilib və o, qısa zamanda saxlanılaraq istintaqa təqdim olunub.

Araşdırmalarla müəyyən edilib ki, Mələk Zeynalova “WhatsApp" ani mesajlaşma proqramında xüsusi qrup yaradıb və orada özünü aviaşirkətlərdən birinin əməkdaşı kimi təqdim edib. Daha sonra o, vətəndaşları xarici ölkələrə aviabilet və aviaturlar təşkil edəcəyi adı ilə aldadıb zərərçəkənlərin külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib. İlkin mərhələdə Mələk Zeynalova aviabilet və aviatur almaq istəyən şəxslərə dəyərindən ucuz qiymətə bilet təşkil edərək onlarda inam yaradıb. Sonradan Mələk Zeynalovaya etibar edən şəxslər ödəniş sistemləri vasitəsi ilə ona müxtəlif məbləğlərdə pul vəsaiti göndəriblər. O, ələ keçirdiyi pul vəsaitərini ödəniş sistemləri vasitəsi ilə nağdlaşdıraraq şəxsi tələbatlarına xərcləyib. Bununla da Mələk Zeynalova zərərçəkən şəxslərə ümumilikdə 300 min manat məbləğində maddi vurub.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə cinayət işi başlanılıb və saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Mələk Zeynalovanın əməllərindən zərərçəkən şəxslər bu barədə Daxili İşlər Nazirliyinə müaciət edə bilərlər.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2403
avatar

Sevinc Fərid

Oxşar yazılar

4 nəfəri aldadıb  kartına pul köçürən Bakı sakini tutuldu

4 nəfəri aldadıb kartına pul köçürən Bakı sakini tutuldu

5 dekabr 2024 , 15:52
Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda evdən meyit tapıldı

5 dekabr 2024 , 13:46
Qaçaqmalçı Şaxta baba  axtarışa verildi

Qaçaqmalçı Şaxta baba axtarışa verildi

5 dekabr 2024 , 13:29
Rüfət Səfərovun həbsinin  YENİ DETALLARI

Rüfət Səfərovun həbsinin YENİ DETALLARI

5 dekabr 2024 , 13:19
Kişi evə ayaqqabı ilə girən  təcili yardım həkimlərini döydü

Kişi evə ayaqqabı ilə girən təcili yardım həkimlərini döydü

5 dekabr 2024 , 13:03
Fazil Qasımovun məhkəməsi başladı

Fazil Qasımovun məhkəməsi başladı

5 dekabr 2024 , 13:00
2 yeniyetmə oğlan intihar etdi

2 yeniyetmə oğlan intihar etdi

5 dekabr 2024 , 12:24
"Quska"ya 10 il həbs cəzası  istənildi

"Quska"ya 10 il həbs cəzası istənildi

5 dekabr 2024 , 10:46