Tuneldə qəza - xəsarət alan var
10 fevral 2022 04:15 (UTC +04:00)

Tuneldə qəza - xəsarət alan var

Bakının Xətai rayonunda yol nəqliyyatı hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Yusif Səfərov küçəsində qeydə alınıb.

Tuneldə hərəkətdə olan “Nissan” markalı nəqliyyat vasitəsinin sürücüsü sükana nəzarəti itirərək “Lexus” markalı maşına çırpılıb. Zərbənin təsirindən “Nissan” bir neçə dövrə vuraraq piyada səkisinə dəyərək dayanıb. Qəza nəticəsində bir nəfər yüngül bədən xəsarəti alıb.

Hadisə yerinə Xətai Rayon Polis İdarəsi və Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Hadisənin dəqiq təfərrüatları araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2109

Oxşar yazılar