TRT-də  intihara cəhd 
29 may 2024 12:20 (UTC +04:00)

TRT-də intihara cəhd 

TRT-nin Oran şəhərciyində təcrübəli operatorun intihara cəhd etdiyi iddia edilib. Həyatına son qoymaq istəyən operatorun vəziyyətinin ağır olduğu öyrənilib. 

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, Türkiyə Radio Televiziya Qurumu (TRT) intihara cəhd iddiaları ilə sarsılıb. İddialara görə, 29 ildir peşəkar xəbər operatoru kimi çalışan TRT World əməkdaşı TRT-nin Oran şəhərciyində intihara cəhd edib.  

Bildirilir ki, özünü asaraq intihar etmək istəyən operator son anda iki həmkarı tərəfindən xilas edilərək xəstəxanaya aparılıb.  Operatorun vəziyyətinin ağır olaraq qaldığı öyrənilib.

Xəbərdə yer alan iddiaya görə, intihara cəhd edən operatorun təxminən 2 ay əvvəl idman xidmətində çalışan evli qadınla münasibətdə olduğu üzə çıxıb və bununla bağlı TRT rəhbərliyi hərəkətə keçib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1845
avatar

Oxşar yazılar