Traktorla yük maşını toqquşdu, ölən var
20 yanvar 2021 11:51 (UTC +04:00)

Traktorla yük maşını toqquşdu, ölən var

Ağcabədidə ölümlə nəticələnən yol qəzası olub.

Lent.az DİN mətbuat xidmətinə istinadla xəbər verir ki, yanvarın 19-da saat 18 radələrində Ağcabədi şəhəri ərazisində Gəncə şəhər sakini N.Yusifovun idarə etdiyi “MAN” markalı yük avtomobili Bərdə rayon sakini Ə.Fətəliyevin idarə etdiyi “MTZ” markalı traktorla toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən Ə.Fətəliyev orada ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

# 1518
avatar

Mehman Nəbiyev

Oxşar yazılar