Toyu yasa çevirən Salman Bakı həbsxanasında öldü
12 oktyabr 2022 10:59 (UTC +04:00)

Toyu yasa çevirən Salman Bakı həbsxanasında öldü

Bakıda həbsxanada daha bir ölüm hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində baş verib.

Burada saxlanılan 1969-cu il təvəllüdlü Qurbanov Salman Kərim oğlu dünyasını dəyişib.

Onun xəstəlikdən öldüyü bildirilir.

Qeyd edək ki, S. Qurbanov 2015-ci ildə Masallıda şadlıq evinin qarşısında həmkəndlisi, toya gələn 1983-cü il təvəllüdlü İntizam Rzayevin ürəyinə 3 dəfə bıçaq zərbəsi vurub. Yaralı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

# 5613
avatar

Oxşar yazılar