"Toyota" qəza törətdi:  Traktorun sürücüsü və arvadı xəstəxanalıq oldu
04 noyabr 2021 23:01 (UTC +04:00)

"Toyota" qəza törətdi: Traktorun sürücüsü və arvadı xəstəxanalıq oldu

0

Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun 32-ci kilometrliyində, Şəki rayonu Suçma kəndi ərazisindən keçən hissəsində yol qəzası baş verib. 

APA-nın şimal-qərb bürosunun məlumatına görə, "Toyota Prado" markalı minik avtomobili Şəki rayonu Dərəcənnət kənd sakini, 1968-ci il təvəllüdlü Elman Məmmədovun idarə etdiyi traktoru arxadan vurub. 

Qəza zamanı traktorun sürücüsü E.Məmmədov və tarktorda olan sürücünün həyat yoldaşı 1975-ci il təvəllüdlü Məhəbbət Məmmədova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1732

Oxşar yazılar