Toya getdiklərinə peşman oldular
19 oktyabr 2021 16:38 (UTC +04:00)

Toya getdiklərinə peşman oldular

Oktyabrın 18-də Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 69 toy şənliyinin monitorinqini keçirib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, monitorinq 56 şadlıq sarayı və 13 həyətyanı sahədə keçirilən toy məclislərində baş tutub.

Nəticədə toy şənliklərində karantin rejimi qaydalarını pozduqları üçün 16 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitar-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə olunub.
163 nəfər COVID-19 pasportu olmadığı üçün toy şənliklərinə buraxılmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2340
avatar

Mehman Nəbiyev

Oxşar yazılar