Türkiyədə cütlük yol qəzasında həlak olub.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, hadisə Bursa şəhəri Nilufer qəsəbəsində baş verib. 27 yaşlı Yasin Altınkaynakın idarə etdiyi avtomobil TIR-a çırpılıb.
Nəticədə sürücü Y. Altınkaynak və sərnişini olan nişanlısı Betül Şalvarcıoğlu hadisə yerində ölüblər.
Cütlüyün toy üçün alış-verişdən qayıtdıqları bildirilir. Hazırda qəza ilə bağlı araşdırma aparılır.