İyun ayının 2-si Tovuz rayonunun Hunanlar kəndi ərazisində avtomobilin Kür çayına düşməsi nəticəsində batan 3 nəfərdən birinin (şəxsiyyəti müəyyənləşdirilir) cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
FHN-dən Lent.az-a verilən xəbərə görə, FHN-in Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətləri tərəfindən batdığı ehtimal olunan digər 2 nəfərin axtarışları intensiv şəkildə davam etdirilir.
***
saat 12.37
Tovuzda bir neçə gün bundan əvvəl avtomobil ilə birlikdə Kürdə batan 3 nəfərdən birinin meyti tapılıb.
Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli xilasetmə xidmətinin əməkdaşlarının apardıqları axtarışlar nəticəsində meyitin biri Kür çayının Tovuz rayonunun Əyyublu kəndi ərizəsindən keçən hissəsində aşkarlanıb.
Meyit şişərək suyun üzərinə çıxıb.
Meyiti tapılan şəxsin kimliyi dəqiqləşdirilir.
Qeyd edək ki, iyunun 3-də Tovuz rayonun Hunanlar kəndi ərazisində içərisində 3 nəfər olan “VAZ 2107” markalı minik avtomobili Kür çayına düşüb. Avtomobildə sürücü 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov olub.