Tovuzda faciə baş verib.
Lent.az-ın məlumatına görə, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.
Kənd sakini, 14 yaşlı Nihat Məmmədov son günlər rayon ərazisinə gələn sel nəticəsində yaranan gölməçədə çimərkən boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.