Fuad Nağıyev
05 mart 2025 12:56 (UTC +04:00)

Fuad Nağıyev

Töhmət alan Fuad Nağıyev istintaqa çağırıldı

Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyev istintaqa çağırılıb.

Lent.az-ın özəl mənbələrdən əldə etdiyi məlumata görə, Fuad Nağıyevlə yanaşı, qurumda işləyən bir sıra şəxslər də istintaqa cəlb edilib.

"Dövlət Turizm Agentliyinin vəzifəli şəxsləri ilə bağlı aparılan araşdırma xidməti sənədlərin sızdırılması ilə yanaşı, agentlikdəki korrupsiya faktları ilə də bağlıdır", - deyə  mənbə bildirib.

Qeyd edək ki, dünən Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə şiddətli töhmət elan edilib.

Lent.az öz mənbələrinə istinadən bu şiddətli töhmətin səbəbləri barədə yazmışdı.

Fuad Nağıyevin rəhbərlik etdiyi agentlik xidməti yazışmaları sızdırıb

"Turizm Agentliyi Azərbaycana qarşı daim düşmənçilik mövqeyi bəsləyən "Transparency İnternational" təşkilatında işləmiş və ya bu təşkilatla əməkdaşlıq edən  şəxslərin yuvasına çevrilib. Onu qeyd etmək yerinə düşər ki, Fuad Nağıyevin qaynanası Rəna Səfərəliyeva uzun illər "Transparency İnternational" təşkilatı ilə əməkdaşlıq edib. O, bu qurumun Azərbaycandakı nümayəndəsi olub. Vaxtilə bu təşkilatda onun yetişdirdiyi bəzi şəxslər indi Dövlət Turizm Agentliyində işləyirlər. Onların bu  agentlikdə söz sahibinə çevrilməsi barədə deyilənlərə heç də təəccüb etmək lazım deyil" - Lent.az-ın yaydığı məlumatda qeyd olunub. 

Məlumata görə, Fuad Nağıyevin ətrafı davamlı olaraq xidməti məlumatları müxtəlif təşkilatlara, şəxslərə sızdırıblar. Hətta dövlət orqanları arasında daxili yazışmaları belə xarici ölkələrin Azərbaycandakı səfirliklərinə ötürüblər.

Ötən gün baş verənlərdən sonra Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov da işdən çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7496

Oxşar yazılar

Sumqayıtdakı yanğında 22 nəfər təxliyə olundu - YENİLƏNİB

Sumqayıtdakı yanğında 22 nəfər təxliyə olundu - YENİLƏNİB

21 iyul 2025 , 00:59
Avtomobil 100 metrdən dərəyə uçdu, 3 yaralı

Avtomobil 100 metrdən dərəyə uçdu, 3 yaralı

20 iyul 2025 , 23:04
İranda saxlanılan avtobuslardan xəbər var - AÇIQLAMA

İranda saxlanılan avtobuslardan xəbər var - AÇIQLAMA

20 iyul 2025 , 22:28
Kürdə batan var - YENİLƏNİB

Kürdə batan var - YENİLƏNİB

20 iyul 2025 , 21:00
Ağstafada  kran aşdı, 3 nəfər...

Ağstafada  kran aşdı, 3 nəfər...

20 iyul 2025 , 20:23
Buzovna-Mərdəkan yolunda tıxac yarandı-SƏBƏB

Buzovna-Mərdəkan yolunda tıxac yarandı-SƏBƏB

20 iyul 2025 , 19:42
Beş aylıq uşaq qəfil öldü

Beş aylıq uşaq qəfil öldü

20 iyul 2025 , 19:16
Novxanıda dənizdə batan  uşaqların FOTOLARI -YENİLƏNİB

Novxanıda dənizdə batan uşaqların FOTOLARI-YENİLƏNİB

20 iyul 2025 , 19:09