Tofiq Yaqublu sərbəst buraxıldı - YENİLƏNİB
30 sentyabr 2022 18:23 (UTC +04:00)

Tofiq Yaqublu sərbəst buraxıldı - YENİLƏNİB

Tofiq Yaqublu sərbəst buraxılıb.

Lent.az xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi məlumat yayıb.

***

saat 11:57

Tofiq Yaqublunun saxlanılmasının səbəbi açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a bildirib ki, razılaşdırılmayan aksiyaya çağırış etdiyinə görə Tofiq Yaqublu saxlanılıb. Hazırda müvafiq araşdırma aparılır. Araşdırma başa çatan kimi sərbəst buraxılacaqdır.

***

saat 11:09

Milli Şuranın üzvü Tofiq Yaqublu saxlanılıb. 

Lent.az-ın məlumatına görə, o, razılaşdırılmamış aksiya ilə əlaqədar tutulub. 

Tofiq Yaqublu ilə bərabər daha bir neçə nəfərin saxlanıldığı bildirilir. 

Qeyd edək ki, bir qrup müxalifət təmsilçisi senytabrın 30-da Milli Məclisin qarşısında aksiya keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Müraciətə baxılıb və aksiyanın keçirilməsinin məqsədəuyğun olmaması barədə təşkilatçılara rəsmi cavab verilib. 

Daxili İşlər Nazirliyi xəbərdarlıq yayaraq razılaşdırılmamış aksiyaya cəhd ediləcəyi təqdirdə qarşısının alınacağını bildirib:

"Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış hər hansı aksiyanın və ya yürüşün keçirilməsinə cəhd edilərsə, bu qanunsuz hesab olunacaq və qarşısının alınması üçün zəruri olan bütün tədbirlər görüləcək. Yeri gəlmişkən, yalan vədlərə inanaraq qanunsuz aksiyada iştirak etmək istəyənləri isə belə hərəkətlərdən çəkinməyə çağırırıq. İctimai asayişin pozulmasına yönəlmiş bu cür cəhdlərin qarşısı alınarkən polislərlə qanunsuz aksiyanın iştirakçıları arasında baş verə biləcək bütün hadislərin məsuliyyəti həmin razılaşdırılmamış aksiyanın təşkilatçılarının üzərinə düşəcək".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6797

Oxşar yazılar

Buzovna-Mərdəkan yolunda tıxac yarandı-SƏBƏB

Buzovna-Mərdəkan yolunda tıxac yarandı-SƏBƏB

20 iyul 2025 , 19:42
Yevlaxda Kürdə batan var

Yevlaxda Kürdə batan var

20 iyul 2025 , 19:25
Beş aylıq uşaq qəfil öldü

Beş aylıq uşaq qəfil öldü

20 iyul 2025 , 19:16
Novxanıda dənizdə batan  uşaqların FOTOLARI -YENİLƏNİB

Novxanıda dənizdə batan uşaqların FOTOLARI-YENİLƏNİB

20 iyul 2025 , 19:09
Keçmiş futbolçunun atası dənizdə boğuldu

Keçmiş futbolçunun atası dənizdə boğuldu

20 iyul 2025 , 18:59
Ailə FACİƏSİ:  Kişini arı sancıb öldürdü,  arvadı infarkt keçirdi

Ailə FACİƏSİ: Kişini arı sancıb öldürdü, arvadı infarkt keçirdi

20 iyul 2025 , 18:31
Tovuzda kişini ilan sancdı

Tovuzda kişini ilan sancdı

20 iyul 2025 , 17:43
"Niva"nı kənddə aşıran sürücü  xəstəxanaya düşdü

"Niva"nı kənddə aşıran sürücü xəstəxanaya düşdü

20 iyul 2025 , 16:00