Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədovun idmançı Həsən Əzizovu döyməsinin yeni təfərrüatları məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə "Rizin" Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı keçirilən şou mərasimində yaranıb.
Belə ki, bir qrup idmançı arasında dava düşüb və nəticədə adıçəkilən şəxslər digər idmançı Həsən Əzizovu 4 yaşlı uşağının gözü önündə döyüblər.
Sonradan Həsən Əzizova paltardəyişmə otağında təhqiramiz ifadələr işlədilib, ondan idman kariyerasını sonlandırmaq istənilib.
Əsas səbəb H.Əzizovun yarışa xaricdən idmançı dəvət etməsi olub. Onlar H.Əzizovdan bu sahədən çəkilməsini tələb ediblər.
Əks halda daha ağır hadisələrin baş verəcəyi barədə ona xəbərdarlıq edilib.
Bu əmələ görə cinayəti törədənlərdən 4 nəfər həbs edilib, 2 nəfər barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.
***
Saat 14:22
Ötən gün Azərbaycanın tanınmış idmançılarının həbs edilməsi barədə xəbər vermişdik.
Xəbərdə bildirilir ki, Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və R.Əsədov münaqişə vəziyyəti yaratmaqla, ictimai yerdə bir vətəndaşa zor tətbiq edərək xuliqanlıq hərəkətləri törətməkdə ittiham olunurlar.
Lent.az-ın əldə etdiyi məlumata görə, adıçəkilən şəxslərin döydüyü idmançı Həsən Əzizovdur.
Həsən Əzizov
Qeyd edək ki, fakta görə Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb və 4 nəfər həbs olunub.
2 nəfər - Tofiq Musayev və Mehman Məmmədov haqqında digər qətimkan tədbiri seçilib.
Hazırda xuliqanlıq maddəsi üzrə qaldırılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Saxlanılan idmançılar