"Tofaş"la "avtoş"luq edib Tiktokda paylaşan həbs olundu - VİDEO
10 noyabr 2025 10:03 (UTC +04:00)

"Tofaş"la "avtoş"luq edib Tiktokda paylaşan həbs olundu - VİDEO

0

“Tofaş”la avtoxuliqanlıq edib, videosunu sosial şəbəkədə paylaşan sürücü həbs edilib.

Bakı şəhər Dövlət Yol Polisi Şöbəsindən Lent.az-a verilən xəbərə görə, Nizami RPİ-nin DYP Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində sürücülük hüququ olmadan avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan “Tofaş” markalı nəqliyyat vasitəsinin sürücüsü Tural İbrahimov saxlanılıb.

T.İbrahimov idarə etdiyi avtomobillə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və etdiyi avtoxuliqanlıq hərəkətlərini “TikTok” sosial şəbəkəsində paylaşıb.

Sürücü barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə T.İbrahimovun sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla o, 20 sutka inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 212

Oxşar yazılar