"Tiktok"da "polislər məndən xahiş edir" deyən gənc tutuldu
30 dekabr 2021 18:53 (UTC +04:00)

"Tiktok"da "polislər məndən xahiş edir" deyən gənc tutuldu

Narkotikin təsiri altında canlı yayım açaraq izləyicilərini aldadan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, bir neçə gün öncə “TikTok” sosial şəbəkəsində gənc oğlanın canlı yayım açaraq dostuna “polis məndən xahiş edir ki, bizim ərazimizdə “dvijeniya” etməyin” sözlərini dediyini əks etdirən videogörüntü yayılmışdı.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-texniki tədbirlərlə həmin şəxsin Abşeron rayon sakini 19 yaşlı Tural Salmanov olması müəyyən edilmiş və o, saxlanılıb. T.Salmanov həmin ifadələri narkotikin təsiri altında izləyicilərinin marağını cəlb etmək məqsədilə işlətdiyini etiraf edib. O, bu hərəkətindən peşman olduğunu bildirərək üzr istəyib.

T.Salmanovun üzərinə baxış zamanı şəxsi istehlak miqdarında narkotik vasitə də aşkar olunub. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə T.Salmanov 45 gün müddətə inzibati qaydada həbs edilib.

# 2571
avatar

Mehman Nəbiyev

Oxşar yazılar