"Tiktok"da kreditlə qızıl satan tutuldu - FOTO
23 iyun 2023 11:08 (UTC +04:00)

"Tiktok"da kreditlə qızıl satan tutuldu - FOTO

0

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onlayn yolla dələduzluq edən şəxs müəyyən edilib

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a bildirilib ki, rayon sakini bir qadın polisə müraciət edərək "Tik-tok" sosial şəbəkəsində qızıl alqı-satqısı adı altında qeydiyyatda olan səhifənin admininə 50 qram qızıl almaq məqsədi ilə 2800 manat pul göndərməsi və daha sonra həmin şəxsin onu aldadaraq pulunu dələduzluqla ələ keçirməsi barədə məlumat verib. Məlumatla əlaqədar müvafiq araşdırmalara başlanılıb, əhəmiyyət kəsb edən sübutlar aşkar edilib. Keçirilən əməliyyat tədbiri ilə qeyd edilən dələduzluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Kənan Bağırov müəyyən olunub. Həmçinin K. Bağırovun Cinayət Məcəlləinin 178.1-ci maddəsi (dələduzluq) ilə axtarışda olduğu da aşkar edilib. O, aidiyyəti üzrə axtarışda olduğu polis idarəsinə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2644

Oxşar yazılar