"Tiktok"da canlı yayımda qazini söydü,  saxlanıldı
24 iyun 2026 14:23 (UTC +04:00)

"Tiktok"da canlı yayımda qazini söydü, saxlanıldı

0

Naxçıvanda sosial şəbəkədə təhqiramiz ifadələr işlədən daha bir nəfər saxlanılıb.

Lent.az-ın xəbərinə görə, hadisə Şahbuz rayonu ərazisində qeydə alınıb.

42 yaşlı Mansur Baxışov (ad və soyad şərtidir) yaşadığı evdə “tiktok” sosial şəbəkəsində canlı yayım açaraq, Allahverdi adlı (şərti adla) qohumunu təhqir edib. Bunu bilən Allahverdi polisə şikayət edib və nəticədə Mansur saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə ) maddəsilə protokol tərtib edilib.

Mansur Baxışov ifadəsində, əməlindən peşman olduğunu deyərək, məhkəmədən yüngül cəza verilməsini xahiş edib.

Zərərçəkən Allahverdi özünün 44 günlük Vətən müharibəsində iştirak etdiyini və əlil olduğunu bildirib. Onun sözlərinə görə, Mansur sosial şəbəkədə canlı yayım açaraq, onu təhqir edib.

Məhkəmənin qərarı ilə Mansur Baxışov 550 manat məbləğində inzibati qaydada cərimələnib.

Xatırladaq ki, Naxçıvanda daha bir şəxsin "tiktok"da canlı yayımda söyüş söydüyü üçün həbs olunması barədə xəbər vermişdik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 296

Oxşar yazılar